Arda Gülərin "Barselona"ya keçməməsinin səbəbi açıqlandı

"Barselona"nın prezidenti Loan Laporta Arda Gülərin nətə görə Katalon klubuna keçməməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, Mundo Deportivo nəşrinə müsahibəsində məsələyə belə aydınlıq gətirib: " Futbolçu ilə razılığımız var idi və biz "Fənərbağça"ya 17,5 milyon avro ödəməyə hazır idik. Amma, sonradan araya girən "Real Madrid" daha yüksək məbləğ təklif elədi. Auksiona qatılmaq niyyətimiz yox idi. Beləcə, bu transfer alınmadı". 

O, həmçinin, klubun bəlli siyasətinin olduğunu da vurğulayıb: "Gülər uğrunda mübarizə apara bilərdik. Amma, biz müəyyən etdiyimiz həddi aşmırıq. Bu tək Arda ilə bağlı deyil, digər futbolçuların transferinə də aiddir". 

Qeyd edək ki, Arda Gülərin transferinin "Real"a 20+10 milyon avroya başa gəldiyi bildirilir.