Arda Gülərin taleyinə aydınlıq gəlir
"Fənərbağça"nın yürımmüdafiəçisi Arda Gülər tezliklə gələcək karyerası ilə bağlı məsələyə aydınlıq gətirmək istəyir.
Sportline.az Hurriyet nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bununla bağlı bu gün klub rəhbərliyi və yeni baş məşqçi İsmayıl Kartalla görüşəcək.
O, digər kluba transferi ilə əlaqədar mövzuya iyulun 4-dək son qoymaq niyyətindədir.
Qeyd edək ki, istedadlı futbolçu ilə İspaniyanın "Real", "Barselona" və "Sevilya" klublarının daha ciddi maraqlandığı bildirilir.
Eyni zamanda digər qitə nəhəngləri də Türkiyə millisinin üzvünü heyətində görmək istəyir.