Arda Turan Amerikaya gedir?

"Barselona" komandasının üzvü Arda Turan karyerasını okeanın o tayında davam etdirə bilər. 

SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, Amerikanın "Çikaqo Fayr" klubu futbolçunun xidmətində maraqlıdır. Artıq MLS təmsilçisinin türkiyəli yarımmüdafiəçi ilə danışıqlara başladığı da deyilir.

Qeyd edək ki, A.Turan 2015-ci ildən "Barselona"da çıxış edir. O, keçirdiyi 55 oyunda 15 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.