Argentina millisinin üzvü "Barselona"ya keçə bilər
"İnter"in argentinalı forvardı Lautaro Martinez karyerasını "Barselona"da davam etdirə bilər.
Sportline.az jurnalist Rudi Qalettinin məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu 28 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Milan klubunun rəhbərliyi isə Lautaronu satmaq fikrinə deyil.
Qeyd edək ki, "Barselona" Argentina millisinin üzvü üçün 90 milyon avro ödəməyə hazırdır.
O, cari mövsüm meydana çıxdığı 22 matçda 13 qol, 2 asistlə yadda qalıb.