Argentinalı ulduz "İnter"də

İtaliyanın "İnter" klubu heyətini gücləndirməkdə davam edir. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi Argentina millisinin üzvü Ever Baneqanın keçidini rəsmiləşdirib.

Ötən mövsümü "Sevilya"da keçirən futbolçu başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "əndəlüslər"in şərəfini qoruyurdu.