Argentinanın yeni ulduzu Mançesterdə
"River Pleyt"in prezidenti Xorxe Brito hücumçu Xulian Alvaresin "Mançester Siti" ilə müqavilə imzaladığını təsdiqləyib.
Sportline.az xəbər verir ki, "Sky Sports"un jurnalisti Fabritsio Romano Britonun dediklərini belə çatdırır: “Bizim Alvaresin satışı üçün “Mançester Siti” ilə tam anlaşmamız var. Müqavilə artıq bağlanıb. O, iyulun 7-dək “River Pleyt”də icarə əsasında qalacaq, biz bunu tezliklə rəsmi olaraq elan edəcəyik”
Alvares "River Pleyt" klubununun yetriməsidir. O, Argentina çempionatında 21 matçda iştirak edib, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.
21 yaşlı futbolçu Cənubi Amerikda 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.