Arnold "Liverpul"u rədd edib

"Liverpul"un ingiltərəli futbolçusu Trent Aleksander Arnold mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az insayder Joze Feliks Diazın məlumatına istinadən xəbər verir ki, Arnold "Liverpul"un təklif etdiyi 3 illik müqavilə təklifini rədd edib. Ulduz futbolçunun xəyalı "Real Madrid"də çıxış etməkdir.

Arnold mövsümün sonunda azad agent kimi "Real"a transfer olacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 19 matçda 4 asistlə yadda qalıb.