"Arsenal" almaniyalı yarımmüdafiəçini azad agent kimi heyətinə qatacaq
Leon Qoretzkanın yayda "Bavariya"dan ayrılacağı dəqiqləşib.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
"Mirror Football"un yaydığı məlumata görə, "Arsenal" yayda Qoretzkanı azad agent kimi heyətinə qatacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 28 matçda 1 qolla yadda qalıb.