"Arsenal" Almaniyaya üz tutub

"Arsenal" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, londonluların hədəfində olan futbolçulardan biri də "Leypsiq"in hücumçusu Benyamin Şeşkodur.

Bu haqda Caught Offside nəşri məlumat yayıb.

"Topçular" 20 yaşlı sloveniyalının trabsferini qışda həll eləməyi planlaşdırırlar.

Mənbənin bildirdiyinə görə, Şeşko ilə qitənin digər iddialı klubları da maraqlanırlar.

Gənc forvard bu mövsüm keçirdiyi oyunlarda rəqib qapılarına 6 qol vurub.

Onun transfer dəyəri 30 milyon avrodur.