“Arsenal” Arda Güler üçün hərəkətə keçib
“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler “Arsenal”ın transfer hədəfinə çevrilib.
Sportline.az “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” Arda Güleri transfer etmək üçün hərəkətə keçib.
20 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Arda bu mövsüm çıxış etdiyi 33 matçda 3 qol və 7 asistlə yadda qalıb.
Onun “Real”la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub