“Arsenal” “Atletiko”nu məğlub edərək Çempionlar Liqasında finala yüksəlib

Bu gecə Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Arsenal" Londonda "Atletiko"nu qəbul edib. Maraqla gözlənilən görüşdə İngiltərə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə yekunlaşıb. 

Beləliklə, "Arsenal" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalına yüksəlib. 

Komanda Avropanın əsas klub turnirinin finalında "Bavariya" - PSJ cütünün üstün tərəfi ilə qarşılaşacaq.

5 may

23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0

Qol: Saka, 45

İlk oyun - 1:1

6 may

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

İlk oyun - 4:5