"Arsenal" "Bayer"ə qarşı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilir.
Sportline.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Bayer"lə üz-üzə gələcək.
London klubunda əsas itki kapitan Martin Odeqaard və Leandro Trossarddın adı ilə bağlıdır.
Leverkuzendə isə itkilərin sayı daha çoxdur. Artur, Lukas Vazkez, Loiç Bade, Mark Flekken, Elliese Ben Seqir və Martin Terrier baş məşqçi Kasper Hyulmanddın sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də başlanacaq görüşü niderlandlı hakim Danni Makkeli idarə edəcək.