"Arsenal" bu futbolçuya görə 51 milyon avro ödəməyə hazırdır
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Radio Marca"ya istinadən xəbər verir ki, "Arsenal" Zubimendini transfer etmək üçün hərəkətə keçib.
London klubu bu keçid üçün qarşı tərəfə 51 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Zubimendi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 2 qol 2 asistlə yadda qalıb.