"Arsenal" çempion ola bilməyəcək"
İngiltərə futbolunun tanınmış simalarından olan Ceymi Karrager cari mövsümün nəticələri ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, "Liverpul"un canlı əfsanəsi Daily Mail-ə müsahibəsində "Arsenal"ın çempion ola bilməyəcəyini bildirib.
"Məncə "Arsenal"ın çempion olmaq üçün qapıçısı və mərkəz hücumçusu yoxdur. Rəqibləri də artıq bu komandaya qarşı oynamağın yolunu tapıblar", - deyə Karrager mülahizəsini açıqlayıb.
Qeyd edək ki, 11 oyundan 24 xal toplayan London klubu yarış cədvəlinin üçüncü pilləsindədir.