"Arsenal" İtaliya millisinin oyunçusu ilə maraqlanır
Ötən mövsüm performansı ilə diqqətləri üzərinə çəkən "Bolonya"nın futbolçusu Rikardo Kalafiori karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Arsenal"ın 22 yaşlı müdafiəçi üçün İtaliya klubuna 50 milyon avro təklif etməyi iddia edilir.
“Roma”da futbola başlayan Rikardo Kalafiori 2020-ci ildə A komandasına yüksəlib.
İtaliyalı müdafiəçi icarə əsasında "Cenoa"da keçirdiyi mövsümdən sonra "Bazel"lə müqavilə imzalayıb. Kalafiori 2023-cü ildə İtaliyaya qayıdıb və "Bolonya"ya transfer olunub.
Qeyd edəki ki, ötən mövsümdə o, "Bolonya" ilə 37 matçda meydana çıxıb və 2 qol vurub, 5 məhsuldar ötürmə edib.