"Arsenal" italiyalı futbolçunun transferi ilə bağlı "Bolonya" ilə razılığa gəlib
"Bolonya"nın və İtaliya millisinin mərkəz müdafiəçisi Rikkardo Kalafiori "Arsenal"a keçməyə yaxındır.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, klublar 45 milyon avro məbləğinə transfer barədə razılığa gəliblər.
Xəbərdə bildirilir ki, danışıqlarda son detallar tamamlanmaq üzrədir.
Kalafiori ötən mövsüm "Bolonya"nın heyətində 37 oyunda meydana çıxıb və 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu Avro 2024-də İtaliya millisi ilə 3 oyunda iştirak edib.