"Arsenal" kubokun qalibi oldu

İngiltərədə Federasiya kuboku turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, finalda “Arsenal” və “Çelsi” qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində 2 qol vurulub. Hesabı qonaqlar açıblar. Kristian Pulişiç 5-ci dəqiqədə fərqlənib.

Fasiləyədək tarazlıq bərpa olunub. Pyer-Emerik Obameyanq komandasını ümidləndirib.

İkinci yarıya daha yaxşı başlayan “topçular” 67-ci dəqiqədə topu rəqib qapısından keçiriblər. Obameyanq dubl edib. 2:1 hesabı ilə qalib gələn “Arsenal” federasiya kubokunu qazanıb. Bu, Mikel Artetanın “Arsenal”da ilk tituludur.