"Arsenal" Kunya ilə maraqlanır

"Arsenal" "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanı heyətinə qatmaq istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu Kunya üçün 50 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçunun "Vulverhempton"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Kunya cari mövsüm çıxış etdiyi 29 oyunda rəqib qapılarından 15 top keçirib.