"Arsenal" "Levante"yə 35 milyon avro ödəməyə hazırdır
"Arsenal" "Levante"yə Karl Etta Eyonq üçün 35 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
22 yaşlı forvard cari mövsüm meydana çıxdığı 12 oyunda 6 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, K.Etta Eyonq "Arsenal"a transfer olmaqda israr edir.