"Arsenal" qaradərili futbolçuları olmadığı üçün tənqid olundu
İngiltərənin “Arsenal” klubu tənqid olunub.
Sportline.az xəbər verir ki, "The Athletic"in jurnalisti qadınlardan ibarət "Arsenal" klubunu qaradərili futbolçusu olmadığı üçün tənqid edib. O, klubun rəsmi səhifədə paylaşdığı fotonu vurğulayaraq, nə məşqçi heyəti, nə də futbolçulardan heç birinin qaradərili olmamasını irqi ayrıseçkilik kimi qiymətləndirib.
Daha sonra klubun mətbuat xidməti rəsmi açıqlamada komandanın oyunçuları arasında daha çox inklüzivliyi təmin edəcəyinə söz verib.