"Arsenal" Qoretzkanın transferində maraqlıdır
"Bavariya"da ayrılacağı dəqiqləşən Leon Qoretzka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Qoretzka cari mövsüm meydana çıxdığı 30 matçda 2 qolla yadda qalıb.