"Arsenal" "Şeffild Yunayted”ə qalib gəldi

Londonun "Arsenal" komandası İngiltərə Premyer Liqasının matçında "Şeffild Yunayted"ə qalib gəlib.

Sportline.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində Qabriel Martinelli və Aleksandr Lyakazett (dublla) fərqləniblər.

Mikel Artetanın yetirmələri 45 xal yığaraq, İngiltərə çempionatının yarış cədvəlində doqquzuncu yeri tuturlar. "Topçular" növbəti turda evdə "Fulhem"ə qarşı oynayacaqlar. Görüş 18 apreldə olacaq.

Aktivində 14 xalı olan "Şeffild Yunayted" yarış cədvəlində 20-ci yerdədir. Komanda növbəti turda "Vulverhempton"la qarşılaşacaq. Matç aprelin 17-də keçiriləcək.