“Arsenal” “Sportinq”i qəbul edir
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Arsenal” “Emireyts Stedyum”da “Sportinq”lə qarşılaşacaq.
Portuqaliyada keçirilən ilk oyunda “topçular” rəqibi minimal hesabla üstələmişdi. 1-0.
Mikel Artetanın komandasında itkilərin sayı kifayət qədərdir. Jurien Timber, Rikardo Kalafiori, Martin Odeeqard, Mikel Merino və Bukayo Saka zədəlidir.
“Sportinq”də Nuno Santos, Fotis İoannidis və Luis Gilerme oyunun iştirak ərzəsində yer almayıb.
Görüşün ədalət təmsilçisi fransalı hakim Fransua Leteksiye idarəcək.
Qeyd edək ki, "Arsenal" - "Sportinq" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.