“Arsenal” Uotkins üçün hərəkətə keçib

“Aston Villa”nın ingiltərəli futbolçusu Oli Uotkins “Arsenal”ın maraq dairəsinə düşüb.

Sportline.az “The Athletic” qəzetinə istinadən xəbər verir ki, London klubu yay transfer pəncərəsi dövründə Uotkinsi heyətinə qatmağa çalışacaq.

29 yaşlı futbolçu üçün “Aston Villa” 60 milyon avro tələb edir.

Qeyd edək ki, Uotkinsin Birmingem klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 33 matçda 11 qol və 9 asistlə yadda qalıb.