"Arsenal" və "Aston Villa" transfer yarışına girib
"Porto"nun ispaniyalı futbolçusu Samu Aqhehova mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Aston Villa" Samu üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Portuqaliya klubu 20 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Aqhehova bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 19 qol və 3 asistlə yadda qalıb.