"Arsenal" və "Barselona" yarışa girib
"Borussiya Dortmund"un almaniyalı yarımmüdafiəçisi Yulian Brant yayda komandasını dəyişmək istəyir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal" və "Barselona" 29 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.
Y.Brantın transfer qiyməti 25 milyon avrodur.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 32 matçda 10 qol, 3 asistlə yadda qalıb.