“Arsenal” və “Borussiya Dortmund” transfer yarışına girib

"Real Madrid"in gənc futbolçusu Viktor Valdepenas Avropa klublarının maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, "Arsenal" və "Borussiya Dortmund" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Bu haqda "Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, ispaniyalı stopperin dəyəri 500 min avrodur.