“Arsenal” və “Çelsi” transfer yarışına girib
“Barselona”nın ispaniyalı futbolçusu Mark Kasado mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” və “Çelsi” Kasado ilə yaxından maraqlanır.
Kataloniya klubu 21 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Kasado cari mövsüm çıxış etdiyi 36 matçda 1 qol və 6 asistlə yadda qalıb.