"Arsenal" və "Çelsi" transfer yarışına girib

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams "Arsenal" və "Çelsi"nin maraq dairəsindədir.

Sportline.az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, N.Uilyamsın sərbəst qalma məbləği 60 milyon avro olaraq təyin olunub.

22 yaşlı futbolçunun "Atletik Bilbao" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Uilyams bu mövsüm çıxış etdiyi 41 matçda 10 qol və 7 asistlə yadda qalıb.