“Arsenal” yoxsa “Atletiko”?
UEFA Çempionlar Liqasında bu gün yarımfinalın cavab görüşü keçiriləcək.
Sportline.az xəbər verir ki, "Arsenal" "Emireyts" stedyumda "Atletiko Madrid"lə qarşılaşıb. "Vanda Metropolitano"da keçirilən ilk oyunda qarşılıqlı qollar qeydə alınmışdı. 1-1.
Heyətlərə nəzər saldıqda "topçular"da Yurien Timber və Mikel Merino zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Kapitan Martin Odeeqard və Kay Haverstin durumuna oyun saatlarında aydınlıq gələcək.
Dieqo Simionenin komandasında isə Nikolas Qonzales və Pablo Barrios iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək görüşü almaniyalı hakiç Daniel Zibert idarə edəcək.