"Arsenal"dan əzmkar qələbə

İngiltərə Premyer Liqasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Sportline.az xəbər verir ki, “Arsenal” “Vulverhempton”u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
 London təmsilçisi bu qələbədən sonra 45 xalla 5-ci pillədə qərarlaşıb. “Vulverhempton” isə 40 xalla 7-cidir. Siyahıya 63 xalla "Mançester Siti" başçılıq edir.
 
24 fevral
 
"Arsenal" – "Vulverhempton" -  2:1
Qol: Pepe, 82, Sa, 90+5-avtoqol - Huanq, 10

Banner