"Arsenal"da yeni müqavilə

"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi qabonlu hücumçu ilə sözləşmənin müddətini 2023-cü ilədək uzadıb.

O, bu müddətdə ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.

Qeyd edək ki, Obameyanq "Arsenal"a 2018-ci ildə "Borussiya"dan (Dortmund) keçib.