"Arsenal"dan 50 milyon avroluq transfer
"Arsenal" "Leipziq"in sol cinah vingeri Antonio Nusanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Fussball Daten" məlumat yayıb.
Almaniya klubu 20 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, A.Nusa cari mövsüm meydana çıxdığı 23 matçda 3 qol, 3 asistlə yadda qalıb.