"Arsenal"dan 90 milyon funt tələb olunur
"Arsenal" heyəti daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az "TEAMtalk"a istinadla xəbər verir ki, londonlular bu məqsədlə "Everton"a üz tutublar.
Mənbənin məlumatına görə, "topçular" belçikalı futbolçunu bu qış heyətə cəlb etməyi planlaşdırırlar.
Liverpul klubu bunun üçün londonlulardan 90 milyon funt tələb edirlər.
"Arsenla" isə 22 yaşlı yarımmüdafiəçi üçün 70 milyon funt ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 2022-ci ildən "Everton"da oynayan Onana cari mövsümdə 2 qol və 1 asist müəllifidir.