"Arsenal"dan "Bayer"ə təklif var
"Bayer"in forvardı Kristian Kofane "Arsenal"ın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "topçular" yayda kamerunliu futbolçu üçün rəsmi təklif göndərəcək.
Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
Qeyd edək ki, K.Kofanenin sərbəst qalma məbləği 40 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 39 oyunda 7 qol, 8 məhsuldar ötürmə müəllifi olub.