"Arsenal"dan "Çelsi"yə
"Çelsi" zədəli qapıçısı Robert Sançesi Aaron Ramsdeyllə əvəzləmək niyyətindədir.
Sportline.az talkSPORT-a istinadla xəbər verir ki, "zadəganlar" "Arsenal"ın qolkiperini heyətə qatmaqda israrlıdır.
Londonlular əvəzləyici qismində məhz onun namizədliyini təsdiqləyiblər.
Baş məşqçi Maurisio Poçettino da Ramsdeylin xidmətində maraqlı olduğunu açıqlayıb.
"Arsenal" rəhbərliyi isə təcrübəli qapıçı ilə qış transfer dönəmində vidalaşmaq istəmir.
Xatırladaq ki, Sançes Premyer Liqanın 16-cı turunda "Everton"la oyunda (2-0) zədələnmişdi.
Onun sıraya nə vaxt qayıdacağı haqda konkret fikir səsləndirilmir.