"Arsenal"dan "Porto"ya

"Arsenal"ın yarımmüdafiəçisi Fabio Viera icarə əsasında "Porto"ya transfer olunub.

Sportline.az A Bola-ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə Portuqaliya klubu arasında 1 illik razılıq əldə olunub.

Viera 2022-ci ildə "Porto"dan "Arsenal"a 35 milyona avro qarşılığında transfer olunub.

"Topçular"la 49 oyun keçirən futbolçunun aktivində 3 qol və 9 asist var.

Qeyd edək ki, Vieranın İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.