"Arsenal"ın futbolçusu "Marsel" yolunda

"Arsenal"ın müdafiəçisi Sead Kolaşinaç Londonu tərk etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bosniyalı futbolçu "Marsel"in maraq dairəsindədir.

Mövsüm sonunda London klubu ilə müqaviləsi başa çatacaq müdafiəçi qışda Fransaya yollanmaq istəyir. 

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan klub Kolaşinaç üçün transfer məbləği ödəmək niyyətində deyil. Klub futbolçunun azad agent statusuna yiyələnəcəyi təqdirdə onunla 2 illik müqavilə imzalaya biləcəyini özünə bildirib.

28 yaşlı futbolçu 2017-ci ildə “Şalke”dən “Arsenal”a keçmişdi. O, bu mövsümü icarə əsasında Helzenkirhen klubunda keçirib.