"Arsenal"ın yeni hədəfi

“Fiorentina”nın hücumçusu Duşan Vlahoviç “Arsenal”ın transfer hədəfidir. 

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi serb futbolçunu transfer etmək üçün artıq Florensiya klubuna təklif göndərib.

"Arsenal" Duşan üçün 55 milyon avro ödəməyə, eləcə də yarımmüdafiəçi Lukas Torreyranı verməyə hazırdır. 

Vlahoviçlə maraqlananlar siyahısında “Arsenal”dan başqa “Mançester Siti” və Turin “Yuventus”u da var.

21 yaşlı futbolçu 16 qolla A Seriyasının bombardiridir.