"Arsenal"ın yeni hədəfi

"Brayton"un brazilyalı futbolçusu Joao Pedro karyerasını "Arsenal" davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" yanvar ayında J.Pedro heyətinə qatmağı planlaşdırır. London klubunun rəhbərliyi Pedro üçün "Brayton"a 60 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Pedronun "Brayton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.