"Arsenal"ın yeni hədəfi
"Arsenal" "Bayer"in futbolçusu Kristian Kofaneni heyətinə qatmağı düşünür.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Germany" məlumat yayıb.
19 yaşlı oyunçunun dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, Kofane bu mövsüm 39 rəsmi matçda iştirak edib. Gənc futbolçu aktivində 7 qol, 8 asist var.