Arteta 23 yaşlı oyunçunu komandasında görmək istəyir

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Leipziq"in fransalı futbolçusu Kastelyo Lukebanı komandasında görmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

23 yaşlı stopperin sərbəst qalma məbləği 52.1 milyon avrodur.

Qeyd edək ki, K.Lukeba cari mövsüm meydana çıxdığı 20 matçda 1 qol, 1 asistlə yadda qalıb.