Arteta cibgirlərlə əlbir olub
"Arsenal"ın baş məşqçisi Mikel Arteta maraqlı addım atıb.
Sportline.az xəbər verir ki, o, komanda üzvlərinin sayıqlığını yoxlamaq üçün peşəkar cibgirlər tutb.
Bu haqda "The Athletic" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Arteta şam yeməklərindən birində müraciət elədiyi cibgirlərə futbolçuların qiymətli əşyalarını oğurlamağı tapşırıb.
Məclis yekunlaşdıqda əksər futbolçular telefon və pul qabılarını tapa bilməyiblər.
Arteta bununla komandasına hər zaman, istənilən vəziyyətdə ayıq-sayıq olmasının vacibliyini təlqin edib.