Arteta Obameyanqın cavabını verdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta "topçular"dan "Barselona"ya keçən Pyer-Emerik Obameyanqın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Sportline.az xarici mətbuata istinadən xəbər verir ki, Obameyanq açıqlamasında Arteta haqqında deyib: “Arsenal”dakı tək problem Mikel Arteta idi”.  Mütəxəssis isə həmin fikirlərə belə münasibət bildirib:

“Bu, onun düşüncəsidir. Obameyanqa “Arsenal” üçün etdiklərinə görə təşəkkürümü bildirirəm. Mən problem yox, həll yolu idim. Düzdür, bir çox şeyi səhv etdim. Amma hər zaman əsas olan niyyətindir”.