Assan Ouedraoqonun sərbəst qalma məbləği açıqlanıb
“Leipziq”in yarımmüdafiəçisi Assan Ouedraqonun sərbəst qalma məbləği 100 milyon avro olaraq təyin olunub.
Sportline.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Barselona” və “Bavariya” 19 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Almaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 12 matçda 3 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, A.Ouedraqonun “Leipziq”lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.