Assan Uedraoqo “Leypsiq”dən ayrılır
“Çelsi” və “Mançester Yunayted” klubları “Leypsiq”in 19 yaşlı yarımmüdafiəçisi Assan Uedraoqonu transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, futbolçunun Almaniya təmsilçisi ilə müqaviləsində vaxtından əvvəl xitam bəndi yoxdur.
Bu səbəbdən klub yalnız gələn yay sərfəli təklif daxil olarsa, oyunçunun satışına razılıq verə bilər.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 12 matça çıxan gənc futbolçu 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Yaxınlarda Slovakiya ilə oyunda (6:0) əsas millidə debüt edən Uedraoqunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.