"Astana" "Qarabağ"a rəqib oldu

"Qarabağ"ın transfer etmək istədiyi, "Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydının xidmətində daha bir klub maraqlıdır. 

Sportline.az  "Fotomac"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Qazaxıstan çempionu "Astana"nın da gündəmindədir. 

Hər iki klub Niderland əsilli vinger üçün agentlər vasitəsilə təklif göndərilib. 

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 millisində 1 oyun keçirib. Onunla daha əvvəl "Beşiktaş" və "Ankaragücü" klubları da maraqlanıb.