"Aston Villa" və "Fənərbağça" transfer yarışına girib

"Borussiya Dortmund"un yarımmüdafiəçisi Yulian Brant yayda klubdan ayrılmağa qərar verib.

Sportline.az xəbər verir ki, "Aston Villa" və "Fənərbağça" 29 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

Qeyd edək ki, Yuliyan Brantın "Dortmund"la müqaviləsi yayda başa çatacaq.