"Aston Villa" yeni qapıçı axtarışına çıxıb
"Aston Villa" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, "Espanyol"un ispaniyalı kiperi Joan Qarsiya "Aston Villa"nın maraq dairəsindədir.
23 yaşlı futbolçunun transfer qiyməti 21 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Joan Qarsiyanın "Espanyol"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.