"Aston Villa"nın əsas hədəfi Mohammedir
"Aston Villa" yanvar ayında "Nyu York"un futbolçusu Mohammed Sofonu heyətə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Africafoot" nəşri məlumat yayıb.
21 yaşlı sol cinah vingeri cari mövsüm meydana çıxdığı 31 matçda 7 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Sofonun dəyəri 1 milyon avrodur.